"Təmirçi" 3 Mart 2016-cı ildə təmir xidməti sahəsində fəaliyyətə başlayıb. Qısa bir zaman ərzində xidmətimiz müştərilərin diqqətini cəlb edib. Təmirçi, cibinizə qənaət, qulaqlıqlarınıza yeni həyat vermək üçün xidmətinizdədir. 2021 - 2023 illəri arasında Azərbaycanda fəaliyyətimizi dayandıraraq Türkiyədə xidmət verməyə başladıq. Hal hazırda yenidən ölkəmizdə qulaqlıq təmiri xidməti göstəririk. Nasaz olmuş qulaqlıqlarınızı atmaq yerinə Təmirçi-yə, yeni adıyla ̇Qulaqliq.az'a müraciət edərək onlara yenidən qovuşa bilərsiniz. Artıq yenisini almağa ehtiyac olmayacaq. Bunun üçün fəaliyyət göstərir, sizi məmnun etməyə çalışırıq. Qulaqlıqlarınız güvənli əllərdə olacaq. İrad,təklifləriniz və əməkdaşlıq üçün: [email protected]
"Təmirçi" qurularkən əsas hədəf qulaqlığın keyfiyyətli təmir edilərək uzun müddət istifadə edilə bilinməsi, büdcəyə qənaət, elektronik tullantının önlənməsi olmuşdur. Məşhur Beats, Sennheiser, JBL, Bang & Olufsen, Sony və daha onlarla markanın bir çox yerdə təmir ediləməyən qulaqlıqları tərəfimizdən təmir edilərək yenidən istifadəyə verilir.