Qulaqliq.az'a müraciət edən hər bir müştəri müraciət formunu göndərərkən Qaydalar və Şərtlər’i qəbul edərək “GÖNDƏR” düyməsinə basır. Bu zaman müştəri həmin şərtləri qəbul etmiş hesab edilir.
Qulaqlığın təmir müdəti və fors-major hallar
Qulaqlıqlar adətən 1-7 iş günü ərzində təmir edilir. Bu müddət müştəri yoğunluğundan, detal tükənməsi səbəbiylə və digər səbəblərdən uzana bilər. Müştəri qulaqlığını təmir prosesi tamamlanmamış geri götürmək istəyərsə istifadə olunmuş detalların və çəkilən işçilik dəyərini ödəməlidir. Bu dəyərin məbləği müştəriyə Qulaqliq.az tərəfindən açıqlanır və ödənilmədikdə qulaqlığın müştəriyə təhvil verilməsi mümkün deyil. Müştəri qulaqlıqdan imtina etmək hüququna malikdir. Həmçinin müştəri qulaqlığını təmir prosesi tamamlanmamış geri götürmək istəyərsə və yuxarıda qeyd edilən məbləği ödəməkdən imtina edərsə Qaydalar və Şərtlər-də əks olunan Qulaqlığın təhvil alınması müddəti (aşağıda) həmin qulaqlıq üçün də hesablanır, burada hesablanma vaxtı imtina edildiyi tarixdən başlayır və Qulaqlığın təhvil alınması müddəti-ndəki "təmirin bitdiyi və ya təmirin mümkün olmadığı haqqında məlumat verildiyi tarix" ilə "imtina edildiyi tarix" eyni başlanğıc tarixi sayılır.
Qulaqlığın təmiri zamanı istənməyən qəza və ya səhv səbəbi ilə qulaqlığa zərər dəyərsə bu zərəri Qulaqliq.az qarşılayır. Dəymiş zərər həmin detal (hissə) üçün yaxud ümumilikdə qulaqlıq üçün hesablana bilər. Qulaqliq.az, dəymiş zərəri qulaqlığın hazırki bazar qiymətlərini araşdırmaqla vəziyyətinə görə təyin edir yaxud qulaqlığın eynisini müştəriyə təmin etməlidir. Qulaqlığın dəyəri hesablanarkən Azərbaycan Respublikası daxilində satış həyata keçirən mağazalardaki həmin anki qiymətlər nəzərə alınır. Ölkə bazarında həmin məhsulun qiymətini müəyyənləşdirmək mümkün olmadıqda Ebay, Amazon kimi saytlar ilə dəyəri araşdırılır. Dəymiş zərərin miqdarı barədə son qərarı vermək hüququnu Qulaqliq.az öz üzərində saxlayır.
Qulaqlığın təhvil alınması müddəti
Təmir üçün verilən qulaqlıq və ya aux kabelin sahibinə artıq təmirin bitdiyi və ya təmirin mümkün olmadığı haqqında məlumat verildiyi tarixdən etibarən təmirə verilən qulaqlıq 30 gün müddətində geri götürülməlidir. Qulaqlıq həmin müddətdə geri götürülməzsə, 30 gündən sonraki hər gün üçün (31-60-cı günlər arasında) 0.50 AZN cərimə ödənilməlidir. Bu müddət 60 günü keçdikdən sonra, yəni 61-ci gündən etibarən Qulaqliq.az qulaqlığın markası, dəyəri və başqa hər hansı xüsusiyyət yaxud halından asılı olmayaraq onun məhv edilməsi hüququna malikdir. Müştəriyə zəng, SMS, WhatsApp və Telegram vasitəsilə qulaqlığın hazır olduğu barəsində məlumat verildikdə heç bir halda müştəridən zəngə cavab gəlməzsə, digər əlaqə vasitələrindən göndərilən mesajlar oxunmazsa yaxud cavabsız qalarsa belə bu hal müştəriyə qulaqlığın təmir edildiyi və yaxud edilmədiyi barədə məlumat verilmiş kimi hesab olunacaq və qulaqlığın təhvil alınması müddəti həmin qulaqlıq üçün də hesablanacaq.
Qulaqlığın originallığı şərti
Təmirə verilən qulaqlıqlar original olmalıdır yəni qulaqlığın üzərində qeyd olunan brend adını daşıyan rəsmi istehsalçı tərəfindən istehsal olunmalı, kustar üsullarla oxşarı hazırlanmış məhsul olmamalıdır. Qulaqlığın original olub olmamasının son qərarını vermək hüququnu Qulaqliq.az öz üzərində saxlayır. Yalnız original qulaqlıqlar təmir edildiyi üçün Qulaqliq.az original olmayan qulaqlığın təmirindən imtina edəcəkdir və bu zaman həmin original olmayan qulaqlığın geri qaytarılması xərcini qulaqlığın sahibi (müştəri) qarşılamalıdır. Geri qaytarılma xərci 2 AZN təşkil edir və yalnız metro stansiyaları daxili çatdırılmasını əhatə edir. Müştəri qulaqlığından imtina etmək hüququna malikdir.
Kuryer vasitəsilə qulaqlığın təhvil alınması və verilməsi haqqında
Əgər kuryerlə razılaşdırılan vaxtda və yerdə əvvəlcədən gələ bilmədiyiniz barədə məlumat verməsəniz növbəti təhvil alma yaxud çatdırılma üçün kuryerlə əlaqə saxlaya bilərsiniz lakin bu zaman kuryerə 1 AZN ödəniş edilməlidir.
Qulaqlığın kuryer vasitəsilə müştəridən təhvil alınması zamanı qulaqlığın üzərinə qeyd edilən müştəri tərəfindən göstərilən nömrə onun təmirdən sonra müştəriyə geri qaytarılması üçün də istifadə olunacaq.
Kommunikasiya
Sayt rəhbərliyi müştərilərə onların tərəfindən göstərilmiş elektron poçt ünvanlarına, whatsapp və ya telefon nömrələrinə elektron məktubları və/və ya qısa xəbərləri (SMS mesajları) göndərmək hüququna malikdir. Xidmətdə göndərilmiş mesajlar onların göndərildiyi anından İstifadəçiyə çatdırılmış hesab edilir.
Siz bu “Qaydalar və Şərtlər”-lə razılaşdığınız halda “Qaydalar və Şərtlər”-in bütün maddə və bəndlərini olduğu kimi qəbul etmiş olursunuz.