Sifarişi tamamla (0)

Qulaqlıq.az-a müraciət edən hər bir müştəri müraciət formunda “Mən qaydalar və şərtlərlə ilə razılaşıram” yazısının solundaki təsdiq işarəsinə toxunub “SİFARİŞİ TƏSDİQLƏ” düyməsinə basarsa, həmin şərtləri qəbul etmiş hesab edilir.

Zəmanət haqqında:

Qulaqlığı alan müştəri məhsulun alındığı gündən 14 gün müddətində qulaqlıqda baş verən hər hansı problem üçün müraciət edə bilər. Müraciətdən sonra qulaqlıqda baş verən problemin müştərinin istifadəsi səbəbindən yoxsa qulaqlığın aşağı keyfiyyətli olması səbəbindən yaranması ayırd ediləcək. Əgər baş verən problem müştərinin istifadəsi səbəbindən yaranıbsa bu halda Qulaqliq.az qulaqlığın geri qaytarılması, dəyişdirilməsi, dəyərinin geri ödənilməsi, ödənişsiz təmiri və bu kimi öhdəlikləri üzərinə götürmür. Baş verən problemin müştərinin istifadəsi səbəbindən yoxsa qulaqlığın aşağı keyfiyyətli olması səbəbindən yaranmasının ayırd edilməsi prosesində son qərarın verilməsi "Temirchi.az - "Təmirçi" Qulaqlıq Təmiri Xidməti"-nə məxsusdur. Cari vaxtda ölkə ərazisində yalnız qulaqlıq təmiri xidməti göstərən şirkət mövcud olarsa, bu hal "Temirchi.az - "Təmirçi" Qulaqlıq Təmiri Xidməti" tərəfindən həmin şirkətlə də mübahisə edilə bilər. Yox əgər qulaqlıqdaki problem qulaqlığın aşağı keyfiyyətli olması səbəbindən yaranıbsa bu halda ilkin mərhələdə qulaqlıq təmir edilərək müştəriyə təhvil verilməlidir. Təmiri mümkün olmadıqda qulaqlığın yenisi müştəriyə təmin edilməlidir. Qulaqlıq sifarişlə gəlirsə bu müddət 25 günü keçməməlidir. Sadalananlar təmin edilə bilinmədikdə müştərinin ödədiyi məbləğ nəğd şəkildə geri qaytarılmalıdır.

Məhsulun qaytarılma və dəyişdirilmə şərtləri:

Qulaqliq.az saytından alınan məhsullar alınma günü nəzərə alınmamaq şərti ilə 14 təqvim günü ərzində dəyişdirilə və ya qaytarıla bilər. Bu, aşağıdakı şərtlər əsasında həyata keçirilir:
- Məhsul və məhsulun qutusuna (paketi,qablaşdırması) daxil olan hissələrin, aksesuarların ilkin görünüşü saxlanılıbsa, mexaniki zədələr, cızıqlar, sürtülmələr, istifadə izləri və buna bənzər izlər yoxdursa (bu, məhsulun ilkin formasında qutusunun açılması hissəsində və üzərində zavod plombu, qoruyucu örtüyü və s. olmadığı hallarda keçərlidir);
- Birdəfəlik qablaşdırmalı məhsullar üçün isə – qablaşdırma açılmayıbsa;
- Zavod plombu, qoruyucu örtüyü;
- Məhsulda istifadə izləri yoxdursa (ən kiçik ölçüdə belə olsa).

Qaytarılma və dəyişdirilmə şərtləri həm də keçərli deyil:

Qulaqlığı fərqləndirən Serial Number və ya digər identifikasiya kodu olmadığı halda bu qulaqlığın Qulaqliq.az saytından alındığını təyin etmək mümkün olmadıqda.

Məhsulun qaytarılma və dəyişdirilmə şərtləri “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında tənzimlənir.